Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ ETDİ

DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ ETDİ

Tarix: 12-03-2022, 12:03

Baş Dövlət Yol Polisi İdarəsi yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən  verilən məlumata görə, ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara keçməsi avtomobil yollarında bir sıra çətinliklər yaradıb.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.

Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR