Son Xəbər: Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb, Bakının mərkəzində obyektdə yanğın - Fotolar, Putin Əliyevi təbrik etdi, İlham Əliyev Fərman imzaladı, Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək, İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib, İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb, Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib, İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI, Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub,

BNA-da qanun pozuntuları nəyin nəticəsidir?

BNA-da qanun pozuntuları nəyin nəticəsidir?

Tarix: 21-04-2022, 22:32

BNA-da qanun pozuntuları nəyin nəticəsidir?

Açıqlanan rəqəmlər Bakı şəhərində ictimai nəqliyyatın, xüsusən də dövlət hesabına təşkil olunmuş “BakıBus” tərəfindən həyata keçirilən ictimai nəqliyyat xidmətlərinin təşkilində, onların idarə olunmasında, iqtisadi tərəflərində çox ciddi problemlərin olduğunu göstərir.

Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov BNA-nın qanun pozuntuları ilə bağlı danışarkən deyib.

O bildirib ki, Bakıda və ölkəmizin digər iri şəhərlərində yol-nəqliyyat problemlərinin, xüsusilə, tıxacların, əhalinin zəruri mobilliyinin təmin olunmasını həll etmək kimi bir zərurətin olduğu zamanda BNA-da qanun pozuntuları ilə bağlı açıqlanan rəqəmlər təəssüf doğurur:

“2015-ci ildən bu yana “BakıBus”a və onun idarə olunmasına, avtobus bazasının yaradılmasına 1 milyarda yaxın vəsait xərclənib. Bu o deməkdir ki, “BakıBus”a ayrılan milyardlarla vəsaitdən səmərəli istifadə olunmayıb və çox az işlər görülüb. Digər bir məlumatı da deyim ki, “BakıBus”ın marşrutları Bakı şəhərinin ən gəlirli marşrutlarıdır. Həmin gəlirli marşrutlar istismar edildiyi şəraitdə belə bu cür mənzərə yaranıbsa, deməli, idarəetmədə özəl daşıyıcılara çox ciddi zərbə dəyib”.

Ə.Hüseynov şəffaflığı təmin etmək üçün dövlətin qurduğu biznesin özəl sahibkarlara verilməli olduğunu vurğulayıb:

“Bir tərəfdən Bakıda çox ciddi avtobus çatışmazlığı var, marşrut şəbəkələri ya azdır, ya da səmərəli deyil, yüz minlərlə Bakı sakininin ictimai nəqliyyata normal əlçatımlılığı yoxdur. Digər tərəfdən rəqəmlər açıqlanır ki, yüzlərlə avtobus qarajda qalıb, istismar olunmayıb. Yaxud həmin avtobuslar baha qiymətə alınsa da, sonradan yaranmış texniki problemlər aradan qaldırılmayıb. Nəticədə boş dayanmalar, hətta bəzi avtobusların detalalarının sökülüb, digər avtobusların yığılması hesabına nə isə etmək üçün cəhd olub. Bu, dövlət biznesinin idarə olunmasındakı yanlışlıqlardan biri deməkdir. Burada şəffaflığı təmin etmək üçün ən yaxşı variantlardan biri, dövlətin qurduğu biznesin özəl sahibkarlara verilməsidir”.

Hüquqşünas qeyd edib ki, “BakıBus”ın həm avtobus bazasında, həm maliyyə işlərinin idarə olunmasında çox ciddi qüsurların mövcud olduğu görsənir:

“Əslində, dövlət vəsaitlərini səmərəli istifadə etmək üçün daha uyğun, əlverişli qiymətə, müasir standartlara cavab verən başqa avtobuslar alına bilərdi. O zaman vəsaitlərin səmərəli xərclənməsi daha ciddi olardı. Açıqlanan məlumatdan belə çıxır ki, “BakıBus” həmin avtobusların lazımı vəziyyətdə saxlanmasını həyata keçirə bilməyib. Orada belə bir rəqəm də açıqlanır ki, lazım olandan daha çox avtobus alınıb. Məlumatın o hissəsi ilə razı deyiləm. Məsələ belədir ki, Bakıya indi mövcud olandan daha çox avtobus lazımdır. Sadəcə onları səmərəli yerləşdirmək gərəkir. Əsasən də onları özəl sahibkarlara müəyyən şərtlərlə vermək lazımdır. Həm orada dövlət heç nə itirmir, sahibkar tədricən o pulları geri qaytarır, həm də özəl sahibkar öz riskləri hesabına onu daha səmərəli idarə edir. Məsələn, şişirdilmiş qiymətə ehtiyat hissələri almır, bahalı servis xidmətləri həyata keçirmir. Bu üsulla həmin avtobusları necə lazımdır yerləşdirmək olardı. Hər halda göstərilənlər Bakıda ictimai nəqliyyatın təşkili, idarə edilməsi, xüsusilə onun iqtisadi tərəfləri ilə bağlı çox ciddi qüsurlardan xəbər verir”.

Bakupost.az





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR