Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA

Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA

Tarix: 25-05-2022, 09:15

 
"Rüsum ləğv edilməyib. Xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib".

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb.

"Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan  əldə olunan vəsaitin 30%-i  Prezident Administrasiyasında,  Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin  sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.

Bununla bağlı çox yazılıb. Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib".






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR