Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Elan saytlarından ev və maşın alanların nəzərinə! - 450 nəfər aldadıldı

Elan saytlarından ev və maşın alanların nəzərinə! - 450 nəfər aldadıldı

Tarix: 15-07-2022, 17:30


DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirməklə onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Nazirliyin Mətbuat xidmətindən  bildirilib ki, əvvəllər məhkum olunmuş Aqşin Bədəlov elan saytlarında dəyərindən qat-qat aşağı qiymətə əslində mövcud olmayan saxta avtomobil və mənzil satışı ilə bağlı məlumatlar yerləşdirib. Həmin elanlardakı şirnikləndirici təklifləri görən vətəndaşlar isə A.Bədəlovla əlaqə saxlayaraq həmin daşınar və ya daşınmaz əmlakı almaq istədiklərini bildiriblər. Bu zaman o, izi itirmək məqsədi ilə müxtəlif şəxslərin adına əldə etdiyi bank kartlarını müştərilərə göndərək ora təcili pul köçürülməsini tələb edib. Əks halda isə elandakı evi və ya avtomobili başqa şəxsə satacağını bildirib. Pulu əldə edəndən sonra isə o, kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb zərərçəkənlərin onu tapmaması üçünsə nömrələrini bloklayıb. Bank kartlarındakı pulları ələ keçirmək məqsədi ilə onlayn dələduzluq sxemi quran Aqşin Bədəlov bu müddət ərzində ona müraciət edən 450 nəfərə maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və iş üzrə əhəmiyyət kəsb edən digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Aqşin Bədəlovun ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa BMCMİ-ə müraciət edə bilərlər.

Elan saytlarından ev və maşın alanların nəzərinə! - 450 nəfər aldadıldı




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR