Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

“Dayaq” Sosial Maarifləndirmə İB-i Yasamal rayonunda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardım göstərib

“Dayaq” Sosial Maarifləndirmə İB-i Yasamal rayonunda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardım göstərib

Tarix: 1-11-2022, 12:09




“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində Yasamal rayonunda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına 2 günlük ödənişsiz hüquqi yardımlar göstərilib. Belə ki, layihənin fəaliyyət planına əsasən oktyabr ayında Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımlar göstərilib.


 Tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin gənc hüquqşünası Aysel Əliməmmədova, Yasmal rayon İcra Hakimiyyətinin nümayəndəsi, böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Babayev, Bakı şəhəri 5 saylı Vəkil Bürosundan hüquqşünas Orxan Bayramov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Allahverdi Səfərov iştirak edib. 


Belə ki, layihənin fəaliyyət planına əsasən Yasamal rayonunda yaşayan əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımlar göstərilib. Hüquqşünaslar tədbirdə iştirak edən vətəndaşların suallarını ətraflı şəkildə cavablandıraraq, cari problemlərinin həlli istiqamətində onlara hüquqi dəstək göstəriblər. 


Məlumat üçün qeyd edək ki, “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsi 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir. 







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR