Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

QHT Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi layihəsinin təqdimat mərasimini keçirdi

QHT Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi layihəsinin təqdimat mərasimini keçirdi

Tarix: 5-11-2022, 17:07

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” ictimai birliyi tərəfindən həyata keçirilən Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi adlı layihəsinin təqdimat mərasimi keçirildi.

05 noyabr 2022-ci il tarixdə Yasamal Rayonu Heydər Əliyev Mərkəzində Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi
layihəsinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş 20 yanvar şəhidlərini və onların birinci Qarabağ müharibəsində şəhid övladlarının həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin daha artmasına, şəhidlik dəyərinin düzgün başa düşülməsi və dəyərlər sistemimizdə yerinin daha da möhkəmlənməsinə, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaqdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara, həmçinin ölkəmizdə işləyən yaxud Azərbaycana turist kimi səfər edən əcnəbilərə paylanacaq. Vurğulamaq lazımdır ki, “Şəhidlik zirvəsi” sənədli filmi sosial şəbəkələrdə də geniş təbliğ olunacaq.

Azərbaycanın dövlət himninin səsləndirilməsi, daha sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimində qazilər, ziyalılar, ictimai xadimlər, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin media mənsubları iştirak ediblər.

Qeyd etmək lazımdır ki, “Şəhidlik zirvəsi” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR