Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Lənkəran gəncləri sahibkarlıq mövzusunda maarifləndirildi

Lənkəran gəncləri sahibkarlıq mövzusunda maarifləndirildi

Tarix: 22-11-2022, 12:49

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Gənc sahibkar” layihəsi çərçivəsində 22 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin konfrans zalında 18-29 yaşlı gənclər üçün sahibkarlıq mövzusunda seminar keçirmişdir.

Seminarı giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin məqsədindən və rayon gəncləri üçün əhəmiyyətindən bəhs etmişdir. O, qeyd etmişdir ki layihənin əsas məqsədi Cənub rayonlarında yaşayan gənclər arasında  sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsindən  ibarətdir. Bu məqsədlə Lənkəran şəhər Gənclər və İdman idarəsinin konfrans zalında sahibkarlıq mövzusunda maarifləndirici seminar təşkil edilmişdir. Seminarda 23 nəfər Lənkərandan olan fəal gənclər iştirak etmişdir. Təlim zamanı onlara sahibkarlıq fəaliyyətinə başlamaq üçün müasir bazarın tələbləri və üstünlükləri, şəxsi biznesin yaradılması, sahibkar olmaq üçün vacib olan amillər və qanunvericilik haqqında ətraflı məlumat verilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır. Tədbirdə Lənkəran şəhər Gənclər və İdman idarəsinin əməkdaşı Yusif Xamiyev çıxış edərək layihənin rayon gəncləri üçün əhəmiyyətindən danışmış və gənclərə öz tövsiyyələrini vermişdir. Daha sonra gənclər Lənkəran şəhərinin biznes imkanlarını təhlil etmiş və ən yaxşı biznes ideyanın seçilməsi üzrə qrup çalışmaları, təqdimatlar həyata keçirmiş və seçilmiş ideyaların SWOT analizini aparmışlar. Tədbirin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, silsilə seminarlar növbəti günlərdə Lerik, Masallı və Cəlilabad rayonlarının gəncləri arasında davam etdiriləcəkdir. Bundan başqa daha çox insanları məlumatlandırmaq üçün sahibkarlıq mövzusunda nəşr edilmiş 1000 ədəd buklet gənclər arasında paylanacaqdır.

Lənkəran gəncləri sahibkarlıq mövzusunda maarifləndirildi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR