Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Masallı gəncləri üçün sahibkarlıq mövzusunda maarifləndirici təlim keçirildi

Masallı gəncləri üçün sahibkarlıq mövzusunda maarifləndirici təlim keçirildi

Tarix: 24-11-2022, 16:59

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Gənc sahibkar” layihəsi çərçivəsində 24 noyabr tarixində Masallı rayonu  Gənclər Evində 18-29 yaşlar arası gənclər üçün sahibkarlıq mövzusunda təlim keçirmişdir.  

Tədbiri giriş sözü ilə Masallı rayon İcra Hakimiyyəti  aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov açaraq layihənin rayon gəncləri üçün əhəmiyyətindən danışmış və tədbirin işinə uğurlar arzulamışdır. Daha sonra çıxış edən layihənin rəhbəri, eyni zamanda təlimçisi Rövşən Bağırov layihənin məqsəd və vəzifələrindən bəhs etmişdir. O, qeyd etmişdir ki layihənin əsas məqsədi Cənub rayonlarında yaşayan gənclər arasında  sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsindən  ibarətdir. Bu məqsədlə Masallı rayonu Gənclər Evində sahibkarlıq mövzusunda maarifləndirici təlim təşkil edilmişdir. Təlimdə 25 nəfər Masallı rayonundan olan gənclər iştirak etmişdir. Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin üzvləri təlimdə xüsusi fəallıq nümayiş etdirmişlər. Təlim zamanı onlara sahibkarlıq fəaliyyətinə başlamaq üçün müasir bazarın tələbləri və üstünlükləri, şəxsi biznesin yaradılması, sahibkar olmaq üçün vacib olan amillər və qanunvericilik haqqında ətraflı məlumat verilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır. Daha sonra gənclər Masallı rayonunun biznes imkanlarını təhlil etmiş və ən yaxşı biznes ideyanın seçilməsi üzrə qrup çalışmaları, təqdimatlar həyata keçirmişlər.

Tədbirin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim edilmişdir.

Məlumat üçün bildiririk ki, Cənub rayonlarında sahibkarlıq mövzusunda təşkil edilmiş təlimlər Astara, Lənkəran, Lerik və Masallı rayonlarında baş tutmuş və ümumilikdə 91 nəfər gənci əhatə etmişdir. Layihə çərçivəsində sonuncu təlimin 25 noyabr tarixində Cəlilabad rayonunda yaşayan  gənclər üçün keçirilməsi planlaşdırılır. Bununla yanaşı daha çox gəncləri məlumatlandırmaq üçün sahibkarlıq mövzusunda nəşr edilmiş 1000 ədəd buklet onlar arasında paylanacaqdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR