Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsinə start verildi

“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsinə start verildi

Tarix: 28-11-2022, 13:27

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsi çərçivəsində İsmayıllı rayonunda “Öz peşəni özün seç” IX sinif şagirdləri üçün 2 günlük karyera düşərgəsinə start verildi. Düşərgədə Kürdəmir rayonunun müxtəlif məktəblərindən sorğu yolu ilə seçilmiş 15 nəfər IX sinif şagirdi iştirak edir.
“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsi layihəsinin rəhbəri, Kürdəmir rayonu Sığırlı kənd tam orta məktəbinin müəllimi Günel Hüseynovanın verdiyi məlumata görə layihənin əsas məqsədi IX buraxılış sinif şagirlərinin peşə seçiminə və karyera inkişafına dəstək olmaqdan ibarətdir. Bu məqsədlə düşərgədə həyata keçirilən 2 günlük qeyri-formal təlimlər zamanı layihəyə cəlb edilmiş təlimçi və ekspert tərəfindən şagirdlərə peşə seçiminə təsir edən amillər, Özünü tanıma, xarakter tipinin müəyyən olunması, özünü kəşf etməyə mane olan düşüncələr, peşə təhsilində uğurlu olmaq üçün inkişaf planının tərtib olunması, uğurlu karyera üçün lazım olan şəxslərarası bacarıqlar, resume (CV) və motivasiya (istək) məktubunun hazırlanması, müsahibəyə hazırlıq, peşə təhsil mərkəzlərinə müraciət formaları, peşə təhsilində ixtisas seçimi və sair mövzular tədris olunur.  Təlimlər müasir təlim üsulları, qrup işləri, müzakirələr, təqdimatlar, simulyasiya və rol oyunları formatında keçirilir.
Məlumat üçün bildiririk ki, düşərgənin ikinci günü İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün şagirdlərin ora səfəri təşkil ediləcək. Düşərgənin sonunda hər bir iştirakçı şagirdə layihə rəhbəri tərəfindən Sertifikat təqdim ediləcəkdir.  

Layihənin rəhbəri: Günel Hüseynova
Kürdəmir rayonu Sığırlı kənd tam orta məktəbinin müəllimi





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR