Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Düyməni səhv basmışam, nəzərə alın”

“Düyməni səhv basmışam, nəzərə alın”

Tarix: 29-11-2022, 16:54


“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirə edilərək qəbul olunub. 

Birinci oxunuşda qanun layihəsinin lehinə 95 deputat səs verib, bir nəfər isə bitərəf qalıb. Layihəyə bitərəf qalan deputat isə Erkin Qədirli olub. 

Lakin E.Qədirli səsvermədən daha sonra spikerdən söz alaraq səhv düyməni basdığını bildirib: "Mən səsvermədə yanlış düyməni basdım. Komitədə hamı bilir ki, mən əleyhinə səs vermişdim. Bu, mənim yanlışımdır, diqqətsizliyimdir. Xahiş edirəm ki, protokolda əks olunsun ki layihənin əleyhinə səs vermişəm. Mümkündürsə."

Sahibə Qafarova isə qeyd edib ki, bu, çox ciddi məsələdir: "Xahiş edirəm, yazılı sürətdə yazıb verərsiniz"

Qeyd edək ki, noyabrın 21-də “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytında yerləşdirilib. Qanun layihəsinin yeni redaksiyasında ilkin variantla müqayisədə bir sıra dəyişikliklər yer alıb. 

Xatırladaq ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət baxımından, həm də texniki baxımdan olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR