Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi

Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi

Tarix: 20-12-2022, 14:55

Bakıda ötən gün körpə küçəyə atılıb. 

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə yazıb.

O bildirib ki, körpə dünən gecə saatlarında paytaxt sakinlərindən birinin qapısına tanımadığı şəxs tərəfindən qoyulub və o uşağı sığınacağa gətirib:

“Körpənin üzərində özünün və anasının sənədi tapılıb. Hazırda körpənin hansı səbəbdən tərk edilməsi və anasının tapılması üçün araşdırma aparılır. O, müayinə olunaraq sığınacağımıza yerləşdirilib”.

*** 12:21

Bakıda küçədə 3 aylıq körpə tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevməlumat verib. Bildirib ki,  Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdilib.

Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR