Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Türkiyədə həbsdə olan general ÖLDÜ

Türkiyədə həbsdə olan general ÖLDÜ

Tarix: 20-12-2022, 15:16

 
Türkiyədə  28 fevral “postmodern çevriliş”ə cəhddə ömürlük həbs cəzasına məhkum edilən istefada olan general-leytenant Vural Avar həbsxanada ölüb. 

Bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb. 

"28 Fevral davasında səhhətindəki problemlərə baxmayaraq həbsxanada saxlanılan 85 yaşlı istefada olan general-leytenant Vural Avar vəfat edib", - KİV qeyd edib. 

28 Fevral işi ilə bağlı ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən 14 nəfərdən Çevik Bir, Çetin Saner və Aydan Erol xəstəlikləri səbəbindən azadlığa buraxılıb.

Türkiyə siyasi tarixinin qaranlıq səhifələrində öz yerini tutan və “postmodern çevriliş” kimi qələmə verilən Milli Təhlükəsizlik Şurasının 28 fevral 1997-ci il tarixli toplantısında qadınların hicablı olduqları üçün məktəblərə buraxılmadığı, mövcud ictimai quruluşu qorxu və təhlükə məntiqinə indeksləşdirən qərarlar qəbul edilib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR