Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ömrü uzadan pəhrizlər açıqlanıb - FOTO

Ömrü uzadan pəhrizlər açıqlanıb - FOTO

Tarix: 11-01-2023, 08:14

 Bəzi pəhrizlər var ki, onların hər hansı birinə riayət etmək ürək-damar, xərçəng və ya tənəffüs xəstəliklərindən ölüm riskini azaldır. 

Bu barədə Harvard Universitetinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində qərara gəliblər. Araşdırmanın nəticələri “JAMA Internal Medicine” jurnalında dərc olunub.

Tədqiqatçılar 36 il ərzində 75 000 qadın və 44 000 kişidən toplanmış sağlamlıq məlumatlarından istifadə ediblər. 

Sözügedən sağlam qidalanma rejimləri - 2015-ci ilin Sağlam Qidalanma İndeksi (Amerikalılar üçün Pəhriz Təlimatları), Alternativ Aralıq dənizi Pəhrizi, Bitki Əsaslı Sağlam Pəhriz İndeksi və Alternativ Sağlam Pəhriz İndeksi idi.

Ömrü uzadan pəhrizlər açıqlanıb - FOTO

Bütün sadalanan qidalanmalarda tam taxıllar, meyvələr, tərəvəzlər, qoz-fındıq və paxlalılar nəzərdə tutulur, ancaq fərqli komponentlər də var  - məsələn, bəzilərində qırmızı ət pəhrizə daxil deyil.

Məlum olub ki, bu dörd sağlam qidalanma rejimindən hər hansı birini seçən iştirakçıların tədqiqat dövründə ürək-damar xəstəlikləri, xərçəng və ya tənəffüs xəstəliklərindən ölmək ehtimalı başqaları ilə müqayisədə daha az olub.

Mənbə: Gazeta.ru




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR