Son Xəbər: Putini Qazaxıstanda belə qarşıladılar - Video, Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb, Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi, İlham Əliyev Fərman imzaladı, Daha bir rektor işdən çıxarıldı, Prezident onu rektor təyin etdi - Sərəncam, Siyavuş Kərimi vəzifəsindən azad olundu, “Bizim İsrailə budəfəki cavabımız çox fərqli olacaq” - İranlı general, Rəsmi Bakı İsraillə Livan arasında atəşkəsi ALQIŞLAYIR, Milli Məclisə yeni avtomobillər ALINIB,

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Tarix: 20-01-2023, 15:19

 


1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.

Keçmiş Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz olunmuşdu. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar haqlı narazılığı artırırdı. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyllərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha gərginləşdirirdi. Sadalanan amillər fonunda Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı. 

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ümumilikdə həmin dövrdə 147 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.

Bu günü faciə kimi qeyd edən təşkilatlardan biri də "Security Operation Services" (SOS) MMC şirkətidir. Hər il olduğu kimi özünün ənənələrinə sadiq qalaraq şirkət  bu dəfə də, 20 yanvar hadisələrinin 33-cü ildönümünü də yüksək səviyyədə təşkil etdi, Anım günündə şəhid ailələrini ziyarət etdi, onlara baş çəkdi. Djb.az  xəbər verir ki, 19 yanvar  2023-ci ildə  "Security Operation Services" (SOS) MMC şəhid ailələrinə sovqat paylayaraq, onların bəzilərinə maddi dəstək verdi. 

Bu missiyanı SOS-un Bakıdakı İdarə və Şəxsi Heyəti, rayonlar üzrə komandaları da həyata keçirdi, müxtəlif ərazilərdə yerləşən Şəhidlər xiyabanını ziyarət etdilər.  Şurkətin  əməkdaşları keçmiş Zoologiya İnstitutunun binasının yaxınlığından Şəhidlər Xiyabanına yürüş etdilər. "SOS" MMC-nin direktoru Anar Məmmədov, direktorun müşaviri Almaz Əhmədova, direktor müavinləri Rasim Hüseynov, Eltun Məmmədov və Ramiz Ağamalıyev şəxsi heyətlə birlikdə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət etdi, müqəddəs şəhidlərimizin məzarları önünə əklil dəstələri qoydular. 

Ziyarət zamanı Bakıda şəhid Ruslan Kamal oğlu Allahverdiyevin, Qadir Mahmud oğlu Axundovun və Rahib Məmməd oğlu Hüseynovun qəbirüstü məzarları  ziyarət edildi. Onların ailələrində olan şirkətin nümayəndələri  sovqatlar payladılar. Bu ailələrdə onlara şəhidlərimizin keçdikləri ömür yolları və həlak olma anları haqqında müəyyən bilgilər verildi. 

Bundan əlavə Security Operation Services" (SOS) MMC-nin İdarə Heyətinin üzvləri 14 və 19 saylı komandalarının şəxsi heyəti ilə birgə  Sumqayıt  şəhərindəki Şəhidlər Xiyabanında  canları Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədə fəda edən Vətən oğullarının məzarları önünə əklil qoydular. 

Sumqayıtda şəhid Rahib Məmməd oğlu Hüseynovun ailəsində olan şirkət nümayəndələrinə onun ömür yolu haqqında məlumat verildi. Şirkət təmsilçiləri bu ailənin itkisinə şərik olduqlarını qeyd etdi, ailələrinə başsağlığı verildi. 

Şirkətin gördüyü məqsədyönlü işlər və səmərəli fəaliyyət  barədə maraqlı bilgilər verən Security Operation Services" (SOS) MMC  Ictimaiyyətlə əlaqələr üzrə müşaviri Almaz Əhmədova Djb.az- a aşağıdakı fikirləri söylədi:

Öncə qeyd edim ki, "SOS" MMC Ali Baş Komandan, “dəmir yumruğ”un sahibi cənab İlham Əliyevin ətrafında sıx birləşən və digər sosial layihələrdə fəal iştirak edən özəl mühafizə şirkətidir.  Şirkətimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Qəhrəmanlarımızın məşğulluğuna dəstək olaq" layihəsinə özünün fəal iştirakı ilə  ìşə qəbul aksiyasına dəstək verib. Məşğulluq marafonuna qoşulan "SOS" MMC respublika üzrə  yeganə özəl mühafizə  şirkəti olaraq iştirak edib və marafonda qalib gəlib. Məsələn, başlanğıc olaraq, 53 nəfər işlə təmin edilib, daha sonra bu rəqəm sonrakı zamanlarda artaraq 217 nəfərə çatıb. İşlə təmin edilənlərin 17-si şəhid ailəsi, 200-ü İkinci Qarabağ Müharibəsinin, 83 nəfəri isə Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi möhtəşəm zəfər xalqımızı daha da ruhlandırdı, məcburi köççün həyatı yaşayan insanların düşüncələrində və ürəklərində düşməndən azad edilmiş torpaqlara böyük inam yaratdı. Biz də "SOS" MMC  olaraq tarixi Zəfərimizdən sonra Vətən müharibəsi şəhidlərinin xatirəsini əziz tutduq, onların ailə üzvlərini, eləcə də qaziləri, müharibə qəhrəmanlarını bütün sahələrdə dəstəkləmək qərarına gəldik, onların ehtiyaclarının təmin edilməsi sahəsində genişmiqyaslı tədbirlər görməyə, məqsədyönlü işlər aparmağa başladıq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi məşğulluq marafonuna qoşulmağımızla təqdiqlədik. Belə ki, marafon çərçivəsində qəhrəmanlarımızın təminatının yaxşlaşdırılması üçün bir sıra addımlar atdıq və onların işlə təmin edilməsinə nail olduq. 

Qeyd etiyim kimi, "SOS" MMC-nin digər şəhər və rayonlarında da rəhbər heyət və əməkdaşlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Siyəzən rayonunda 13 saylı komanda, Şirvan və  Hacıqabul rayonlarında isə 8 və 9 saylı komandaların şəxsi heyəti, eləcə də şirkətin Astara qrupunun əməkdaşları şəhid məzarlarını ziyarət edərək əklil dəstələri qoyublar. 

"SOS" MMC  olaraq qərara almışıq ki, xalqımızın qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edəcək, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edəcək və bu faciəni heç vaxt unutmayacağıq.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR