Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ulu Öndər Heydər Əliyevin 100 illik yübileyi ilə əlaqədar xatirə lövhəsinin açılış mərasimi keçirilib - VİDEO

Ulu Öndər Heydər Əliyevin 100 illik yübileyi ilə əlaqədar xatirə lövhəsinin açılış mərasimi keçirilib - VİDEO

Tarix: 30-03-2023, 09:55

Uğurlu fəaliyyəti və dövlət əhəmiyyətli sosial layihələrdə fəal iştirakıyla tanınan peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq silsilə tədbirlərini davam etdirir.

Bu məqsədlə “SOS” MMC-nin inzibati binasında Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirin məhz bu gündə keçirilməsi Ulu Öndərin 23 mart 1997-ci il tarixli Sərancamı ilə 28 mart tarixinin təhlükəsizlik orqanlarının peşə bayramı kimi təsis edilməsi ilə bağlıdır.

Tədbirdə SOCAR prezidentinin müşaviri İlkin Rəhimov, SOCAR-ın Mühafizənin təşkili, mülki müdafiə və hərbi səfərbərlik şöbəsinin rəisi Cavad Tinayev, Təhlükəsizlik İdarəsinin rəis müavini Şaiq Osmanov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhlükəsizlik orqanlarının veteranları Şahin Sayilov, Rais Şabakayev, Dilbər Abasova, “SOS” MMC-nin aparat işçiləri və komanda rəisləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan şirkətin direktoru Anar Məmmədov qonaqları salamlayaraq, Heydər Əliyevin 17 may 1944-ci ildən 12 iyul 1969-cu ilədək leytenant rütbəsindən general-mayor ali rütbəsinədək yüksəlməsindən, bu quruma rəhbərlik etdiyi dövrlərdə təhlükəsizlik orqanlarının milliləşdirilməsi, əməkdaşların peşəkarlıqlarının artırılması, təhlükəsizlik orqanlarının regionda güclü quruma çevrilməsində, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin yüksək səviyyədə inkişaf etdirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən söz açmışdır.

                                                       




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR