Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkilişləri başa çatdı

“Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkilişləri başa çatdı

Tarix: 1-04-2023, 16:26

01 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Həqiqət" Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi "Vətən sizə övlad dedi" adlı layihənin icrası məqsədi ilə "Ana laylasıyla çağırdı Vətən" filminin çəkilişləri sona çatdı. Son çəkiliş şəhid Rəşad Ələkbərlinin dayısı professor Faiq Ələkbərli ilə aparıldı.

Filmdə iki qazi ana və onları şəhid oğullarının həyatını əks etdirən hekayəti canlandırcağıq. Beləki Rəşad Ələkbərovun anası Nailə Ələkbərova 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb, Sevil Hüseynova isə Ağdam-Füzuli cəbhələrində işğalçılara qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. Bu iki gənc, şəhidlər Ələkbərov Rəşad və şəhid Zaur İsmayılzadə də Vətənin sevgisini qazi analarından öyrənib, vətənpərvərlik tərbiyəsini, ilk növbədə, onlardan alıblar. Filmdə hər iki ananın övladlarının mərd, igid və vətənlərini sevərək böyüməsində onların vətənpərvərlik hissi məhz qazi anaların öz oğullarına verdikləri bu tərbiyəninn əticədə onların 2020-ci il sentyabrın 27-də Vətənin azadlığı uğrunda başlanan ölüm-dirim savaşına qoşulmalarına təkan verən əsas qüvvə oldu.

Allah rəhmət eyləsin ruhu şad olsun şəhidlərimizin!!!

Tariximizi yaradanları unutmarıq unutdurmarıq.!!!

Aprel ayı ərzində “Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbirləri Gəncə, Lənkəran və Bakı şəhərlərində keçiriləcəkdir.

Layihə rəhbəri Elnarə Abbasova




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR