Son Xəbər: İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub, Sabah Azərbaycanda 36 dərəcə isti olacaq, Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib, İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək, Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib, Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb, Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb, Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb, Suriya və Livan arasında razılaşma imzalanıb,

10 manat rüşvət vermək istədi, 150 manat cərimələndi

10 manat rüşvət vermək istədi, 150 manat cərimələndi

Tarix: 6-04-2023, 18:44

Göygölün Toğanalı kəndində qurulmuş polis postunda insident baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə DYP əməkdaşlarının Kəlbəcər ərazisinə girməyə çalışan betonqarışdıran maşının sürücüsü X.İbrahimovun sənədlərini yoxlayan zaman qeydə alınıb. 

Belə ki, polislər həmin vaxt maşında daha bir nəfərin olduğunu görüblər. Bildirilir ki, sürücü şəxsiyyət vəsiqəsini DYP əməkdaşına təqdim edən zaman əlinin içərisində 10 manat pulu polisə vermək istəyib. Sürücü pulu həmin şəxsin Kəlbəcərə buraxılması məqsədilə təklif edib. 

Polis əməkdaşları X.İbrahimovun təklifini geri çeviriblər, bu zaman sürücünün polisin qanuni tələbinə tabe olmadığı qeyd edilib. 

Daha sonra vətəndaş polis bölməsinə dəvət olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmruinə tabe olmama) ilə protokol tərtib edilib. Rayon Məhkəməsi protokol əsasında onu 150 manat cərimələyib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, aprelin 3-də sement daşıyan yük avtomobilinin sürücüsü Göygöl RPŞ-nin Toğanalı kəndindəki stasionar posta yaxınlaşaraq Kəlbəcər-Laçın rayonlarına sement apardığını bildirib:

“Polis əməkdaşları yoxlama həyata keçirərkən sərnişin qismində əyləşən şəxsin müvafiq icazəsi olmadığını aşkar edib və onun qeyd olunan əraziyə buraxılmayacağını bildiriblər. Belə olduqda sürücü ilk növbədə polis əməkdaşlarını rüşvət müqabilində ələ almağa çalışıb. İstəyinə nail olmadıqda isə qeyri-adekvat hərəkətləri ilə onların xidmətinə mane olub. Buna görə də onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edim ki, Prezidentin fərmanına uyğun olaraq işğaldan azad olunan ərazilərdə müvəqqəti komendantlıqlar yaradılıb. Həmin ərazilərin girişlərinə polis postları təyin olunub. Xüsusi buraxılışı olan şəxslərin və nəqliyyat vasitələrinin təmizlənmiş və işarələnmiş xüsusi yollarla hərəkətlərinə icazə verilir. Bu tip tədbirlər mülki vətəndaşların minalardan qorunması üçündür”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR