Son Xəbər: Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb,

Əhaliyə ŞAD XƏBƏR – Bu tarixdən pensiyalar ARTACAQ

Əhaliyə ŞAD XƏBƏR – Bu tarixdən pensiyalar ARTACAQ

Tarix: 23-05-2023, 14:27

 

Ümumiyyətlə dünya praktikasında qərb, hətta bəzi MDB ölkələrində özəl pensiya fondaları uzun müddətdir fəaliyyət göstərir.


Bu barədə Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib.


“Təcrübə göstərir ki, özəl pensiya fondlarının fəaliyyətinin bir neçə istiqamətdə müsbət təsirləri var. Belə ki, qanunvericiliyə əsasən bəzi beynəlxalq təcrübədə insanlar pensiyaları hansı fonda həvalə etməkdə sərbəstdir. Çox zaman onlar özəl fonda həvalə edirlər. Özəl fondlar həmin vəsaiti digər istiqamətlərdə investisiya edərək dividentlər əlavə edirlər. Həmin dividentlərdən də təqaüdçülərə pensiya yaşından sonra ödəniş edirlər. Bu da onların daha çox pensiya vəsaiti əldə etməsinə gətirib çıxarır.


Bizdə hazırda Dövlət Pensiya Fondu fəaliyyət göstərir. Hər hansı bir pensiyanın artırılması büdcə vəsaiti hesabına həyata keçirilir. Bu baxımdan bir neçə pensiya fondunun faəliyyəti bu sahədə rəaqəbtlilik yaradır. Həmçinin büdcənin yükünü azaldır. Gələcəkdə pensiaynın artırılması üçün büdcədən vəsait tələb olunmur. Pensiya fondları özləri müəyyən təkliflər edərək, əmanətçiləri maraqlandırırlar və onlara əsasən öz pensiyalarını həmin fonda yönəldirlər”, – deyə E.Kərimli qeyd edib.


Espert həmçinin əlavə edib ki, bu fondların fəaliyyəti ölkədə təqaüdçülərin sosial vəziyyətini yaxşılaşmasına təsir göstərəcək.

Həmçinin təqaüdçülərin hüquqlarını da qoruyacaq. Həmin fondlarda yığılan vəsait təqaüdçü vaxtından əvvəl rəhmətə getdikdə öz varisləri tərəfindən əldə edilir – deyə o vurğulayıb.


Xatırladaq ki, bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələrinin hazırlandığını bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR