Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İşdən çıxarılan aparıcıdan Vado Karovinə sərt sözlər - "Özbaşınasınız?"

İşdən çıxarılan aparıcıdan Vado Karovinə sərt sözlər - "Özbaşınasınız?"

Tarix: 6-07-2023, 12:03

Tanınmış aparıcı Zamirə Dadaşova “Space” televiziyasının rəhbərliyindən şikayətçidir.

Aparıcı şəxsi feysbuk hesabında işdən çıxarılsa da, hələ də əmək kitabçasının ona verilmədiyini və bu səbəbdən yeni işə düzələ bilmədiyini yazıb: 

““Space” MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, “Space”in baş redaktoru - deyilənə görə, Karovinin qohumu olan, üzünü görmədiyim Elnurənin özbaşnalıqlarından narazıyam. Artıq neçə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Heç bir səbəb olmadan müəllifi olduğum “Açıq söhbət” verilişini aprelin 1-i efirdən çıxardılar. Aprelin 27-də mənə Vado Karovinin imzası ilə ixtisara düşməyimlə bağlı xəbərdarlıq göndərildi. Heç bir səbəb gətirmədən mənim əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Kadrlar şöbəsinin müdiri deyir, mən onların sözündən çıxa bilmərəm, yoxsa mənə pis olar. “Space”də yəqin dərəbəylikdir. Mənim əlimdə olan sənəd sübut deyil, Karovin? Sizə "Space" etibar edilməyib ki, ətrafına qohumlarını, dostlarını yığıb özbaşnalıq edib, işçiləri incidəsən. Bütün nəslin orada işləyir. Vüqar, İlqar və Qalib Fətiyev qardaşları da bütün qanunsuzluqlara əl atırlar. Əmək haqları gecikdirilir. İnsanlara şər atmaqla məşğulsunuz. Özbaşınasınız? Bilmirsiniz sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu mənim əmək haqqı almamağıma gətirib cıxarır?”.

Aparıcı bildirib ki, vəkili vasitəsilə məsələ ilə bağlı lazımi orqanlara müraciət edəcək

“Unikal”





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR