Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İyul tarixin ən isti ayı kimi qeydə alına bilər

İyul tarixin ən isti ayı kimi qeydə alına bilər

Tarix: 13-07-2023, 12:53

Avropa və Şimali Afrikada isti dalğası bəzi yerlərdə rekord həddə çata bilər. 

Bu barədə BBC  məlumat yayıb. 

Bildirilir ki, İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər. İtaliyada Florensiya və Roma da daxil olmaqla on şəhər üçün qırmızı təhlükə elan edilib. Burada temperaturun 48,8 dərəcəyə çata biləcəyi təxmin edilir.

İtaliyalı siyasətçi Nikola Fratoianni vəziyyəti “Dözülməz isti dalğası ilə üz-üzəyik” mesajı ilə paylaşıb.  Ölkədə turistlərin də istidən huşunu itirdiyi barədə məlumatlar var.

Qeyd edək ki, ötən il Avropada 60 min insan isti dalğası ilə bağlı fəsadlar səbəbindən ölüb. 

Leypsiq Universitetindən verilən açıqlamada, bu ay tarixin ən isti ayı kimi qeydə alına bilər: “Tarixin ən isti ayı dedikdə, son 120 min ilin ən isti ayı nəzərdə tutulur. Növbəti bir neçə gün ərzində Cənub Yarımkürəsində temperatur bir qədər aşağı düşəcək, lakin iyul və avqust aylarında daha isti günlər görəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR