Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Bakıda ağac aşdı, bir nəfər xəsarət aldı - FOTO

Bakıda ağac aşdı, bir nəfər xəsarət aldı - FOTO

Tarix: 26-07-2023, 13:53

Bakının mərkəzi küçəsində irigövdəli ağac aşıb.

Mediabiz.az  xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bildirilib ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində qeydə alınıb.

Güclü külək nəticəsində aşan ağac səkidə hərəkət edən piyadanın üzərinə düşüb. Xəsarət alan şəxsə yaxınlıqdakı insanlar tərəfindən yardım edilib.

Hadisə ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən də məlumat təsdiqlənib. Qeyd edilib ki, müvafiq araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumatda isə ağacın hansı səbəbdən aşması, çürük olub-olmadığı haqqında dəqiqləşdirmə aparıldığı bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR