Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video

190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video

Tarix: 7-04-2020, 11:07

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.
“Qafqazinfo”ya müraciət edən bir sıra vətəndaş sözügedən ödənişi almaq üçün müraciət qaydalarını bilmədiklərini qeyd edib.
Bu baxımdan saytda qeydiyyat və müraciət prosesini mərhələli şəkildə izah edirik.
Birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilər (qeyd edək ki, qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər).
İşsizlik statusunuzu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az  saytına daxil olursuz.
Daha sonra, e-xidmətlər bölməsini açırsız.
Açılmış pəncərədə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçirsiz. 
Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə  daxil olmalısınız. Bunun üçün “İstifadəçi FİN-i ilə” xanasını seçirsiz.
Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün saytda qeydiyyatdan keçməlisiniz. Odur ki, “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edirsiz. 
Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın. 
İstifadəçi FİN ilə  daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.
Qeyd edək ki, dünəndən etibarən sayta giriş ağırlaşıb. 
Əgər sistemdə problemlə qarşılaşsanız 142 çağrı mərkəzinə zəng edin, əlavə məlumat alın. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR