Son Xəbər: Bu müəllimlərin də maaşları ARTACAQ, Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq", Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər, "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA,

Ramiz Mehdiyevin, Vasif Talıbovun kəndiri kəsiləndən sonra Aydın Talıbov başını itirdi.... - Aydın Talıbov, şirkətlərini saytlara aylıq verməklə irəli apara bilməzsən...

Ramiz Mehdiyevin, Vasif Talıbovun kəndiri kəsiləndən sonra Aydın Talıbov başını itirdi.... - Aydın Talıbov, şirkətlərini saytlara aylıq verməklə irəli apara bilməzsən...

Tarix: 4-06-2023, 09:59

Eldar Həsənov axırıncı əfv sərəncamına düşməyəndə isə Aydın Talıbov sonuncu ümidini də itirdi... 

Aydın Talıbov izi itirməyə və qaçmağa çalışır.... 

Aydın Talıbov təkcə özünü deyil, bütün ailə üzvlərini cinayətə bulaşdırıb... 

Aydın Talıbov ona məxsus şirkətləri, firmaları başqalarının adına keçirir... 

“Veysəloğlu” şirkətlər qrupunun rəhbəri Aydın Talıbovun əməlləri barədə yazmaq istəyərkən haradansa köhnə bir lətifə yadıma düşdü. 

Deməli, bir nəfər onun canını almağa gələn Əzrayıla yalvar-yaxar edir ki, mənə bir il möhlət ver, sonra gəl canım sənə fəda olsun. Müddət tamam olmağa bir neçə gün qalmış həmin şəxs təyyarəyə bilet alaraq hansısa uzaq bir şəhərə uçub gedir. Öz dayaz ağlı ilə düşünür ki, bu yolla canını qurtara biləcək.Və... Möhlət  tamam olan anda Əzrayıl həmin uzaq şəhərdə qapını açıb içəri girir və deyir ki, möhlət tamam oldu... Biçarə kişi heyrətlə Əzrayıla baxaraq deyir ki...Bura da sən baxırsan...? Əlbəttə, hər bir lətifənin arxasında gülüşlə bərabər acı həqiqət də var. 

Bəli, redaksiyamıza  daxil olan məlumata görə, Aydın Talıbov da son vaxtlar neçə illərin cinayət əməllərinin izini itirmək və QANUN qarşısında cavab verməkdən canını qurtarmaq üçün  qaçmağa hazırlaşır. 

Belə ki, redaksiyamıza  daxil olan məlumatdan bəlli olur ki, Aydın Talıbov onun adına olan xeyli saxta, uzun illər vergidən yayınan  şirkətləri kimlərinsə adına keçirməklə, yaxud ləğv etməklə, elə bilir ki, izi itirə biləcək. Ay-hay, Aydın Talıbov ! Sən də lətifədəki ağlıdayaz adam kimi düşünürsən, amma bir də ayılacaqsan ki, mıx kimi dayanmısan Cənab Qanunun, məhkəmənin qarşısında. Məlumat üçün onu da qeyd edək ki, adi “prorab” olan Aydın Talıbov az qala dövlətin içində özünə ayrıca dövlət yaradıb. Bəli, ölkənin hər yerində şəbəkəsi olan, 20 mindən artıq işçisi olan,  yüz milyonlarla  ticarət dövriyyəsi  olan şirkət  bir adi “prorab” olan Aydın Talıbovun ağlı ilə qurula bilməzdi. Həllə illər öncə  zamanında Vasif Talıbovun, sonra Ramiz Mehdiyevin, daha sonra Eldar Həsənovun xeyir-duası, həm də maliyyə dəstəyi ilə qurulan bu şərikli  biznes imperiyası çökmək üzrədir. 

Belə ki, Ramiz Mehdiyevin və Vasif Talıbovun kəndiri kəsiləndən sonra Aydın Talıbovun sonuncu ümidi Eldar Həsənova qalmışdı. Hətta xeyli xərc çəkən Aydın Talıbov düşünürdü ki, Eldar Həsənov Prezidentin sonuncu əfv sərəncamına düşəcək və Aydın Talıbov da xilas olacaq. Aydın Talıov kimilər başa düşmür ki, cənab Prezident nə qədər humanist şəxsiyyət olsa da, dövlətə, dövlətçiliyə xəyanəti bağışlamır. Aydın Talıbov unudur ki, o və onun kimilər Eldar Həsənov Bakıya gələndə onu hava limanında gələcək prezident kimi qarşılayırdılar. 

Sözün qısası, bütün ümidləri puç olmuş Aydın Talıbov cəzadan canını qurtarmaq, eyni zamanda milyonlarını xilas etmək üçün 10 illərlə istifadə elədiyi “qara mühasibatlığı”  ləğv etməyə, şirkətləri kimlərinsə adına keçirməyə, əlində cəmlənmiş milyardları ölkədən çıxartmağa çalışır. Aydın Talıbov unudur ki, o təkcə özünü deyil ee, ailəsini, həyat yoldaşını, övladlarını, qardaşı İlqarı və daha kimləri cinayət məsuliyyətinin bir addımlığında qoyub, cinayətə bulaşdırıb. 

Belə ki, sadaladığımız bütün bu şəxslərin adına açdığı şirkətlərin dövlətə külli miqdarda vergi borcu var. Və təkcə Aydın Talıbovun özü deyil, bütün nəsil şəcərəsi qanun qarşısında cavab verməli olacaq.

P.S. Veysəl kişinin oğlu Aydın Talıbov, sən bilirmisənki sənin və sənin kimilərinin xalqı aldadaraq, saxta yolla əldə etdikləri milyardlara Qarabağın tikilməsində nə qədər ehtiyac var? 

gundelik-baku.com

[media=https://youtu.be/bPjh-USi9ww]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR