Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Qurban Qurbanov: “Çox yaxşı komandaya qarşı məğlub olduq”

Qurban Qurbanov: “Çox yaxşı komandaya qarşı məğlub olduq”

Tarix: 27-10-2023, 05:41

“Çox yaxşı komandaya qarşı məğlub olduq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada “Bayer 04” klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:

“Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. “Bayer 04” topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Bu gün səviyyə fərqinin şahidi olduq. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR