Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Özbəkistanda “Şuşa: Türkün zirvəsi” sənədli filminin özbək dilində təqdimat mərasimi keçirildi

Özbəkistanda “Şuşa: Türkün zirvəsi” sənədli filminin özbək dilində təqdimat mərasimi keçirildi

Tarix: 31-10-2023, 08:30

Daşkənd şəhərində “Şuşa: Türkün zirvəsi” sənədli filminin özbək dilində təqdimat mərasimi keçirilib. 

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “İsmayıllı yazarları” Ədəbi-İctimai Birliyinin hazırladığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə ərsəyə gələn layihənin müəllifi Şahməmməd Dağlaroğlu, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Büllur Məmmədovadır. 

Əvvəl filmin yaradıcı heyəti Daşkənd şəhərindəki Heydər Əliyev parkında Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidəsi və Ulu Öndərin AMM-nin qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar. 

Təqdimatda Mərkəzin əməkdaşı Kərim Məmmədzadə “Şuşa: Türkün zirvəsi” sənədli filminin əhəmiyyəti haqqında danışıb, ekran əsərinin Daşkənddə təqdimatının keçirilməsindən məmnun olduğunu bildirib. 

Təqdimat mərasimində Şahməmməd Dağlaroğlu öz çıxışında deyib ki, “Şuşa: Türkün zirvəsi” sənədli filmində bu qədim şəhərin yaranması, mədəniyyət və təhsil mərkəzi kimi formalaşması, XIX əsrdə baş vermiş müxtəlif siyasi kataklizmlərin Şuşaya təsiri, XX əsrin müxtəlif tarixi dövrlərində Şuşanın ermənilər tərəfindən hücumlara və şəhərdə dinc əhalinin qırğınlara məruz qalması, XX əsrin sonlarında Şuşanın işğalı, şəhərdəki tarixi-dini abidələrin dağıdılması, özününküləşdirilməsi və özgəninkiləşdirilməsi, həmçinin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi barədə ətraflı məlumat verilir.

Büllur Məmmədova qeyd edib ki, sənədli filmdə şəhərin məhz Türk dünyasının ayrılmaz parçası olduğu, Şuşadan çıxmış görkəmli şəxsiyyətlərin Türk dünyasının bütövləşməsi uğrunda yorulmaz fəaliyyətləri konkret tarixi faktlarla göstərilir. Filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün Özbəkistan tərəfindən hər zaman və bütün formatlarda pisləndiyi, Azərbaycanın ədalətli mövqeyini və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsini dəstəklədiyi, işğaldan azad edilmiş Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərində Azərbaycana qardaş köməyi etdiyi xüsusi vurğulanır.

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

Özbəkistanda “Şuşa: Türkün zirvəsi” sənədli filminin özbək dilində təqdimat mərasimi keçirildi





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR