Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

`Araz` şəbəkəsində FETÖ İZİ... - İTTİHAM VAR!

`Araz` şəbəkəsində FETÖ İZİ... - İTTİHAM VAR!

Tarix: 3-08-2023, 20:55

Biz dəfələrlə yazmışıq ki, Azərbaycan reallığında hansısa şirkətin 20 mindən artıq işçisinin oması, yüz milyonlarla, milyardlarla ticarət dövriyyəsinin olması, bir neçə marketlər şəbəkəsi, qida fabriki, ölkənin daxilində 1110-dan çox mağazalar, Tbilisidə, Kutaisidə ərzaq anbarları və daha nələrin arxasında ixtisasca “prorab”, 1993-cü ildə “bakkuş” satan Aydın Talıbov dayana bilməzdi...
Aydın Talıbov uzağı 2-3 baqqalxana sahibi ola bilərdi. Bunu reallıq və əlahəzrət məntiq də təsdiq edir.
Bəli, Aydın Talıbovun sahibi olduğu, haqqında bəhs edəcəyimiz “Veysəloğlu” şirkətlər qrupu ilə bağlı qısa məlumat verək.
Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Türkiyədən biskvit məhsulları gətirib. 1997-ci ildən etibarən qida və qeyri-qida məhsullarını ölkəmizə gətirərək pərakəndə satışı ilə məşğul olub. 2001-ci ildə isə Veysəloğlu Şirkətlər Qrupu “Ulduz” Şokolad Fabrikinin əsasını qoyub. 2011-ci ildən Veysəloğlu Şirkətlər Qrupu pərakəndə sektoruna ilk addım ataraq “Araz” marketlər şəbəkəsini yaradıb. Təkcə “Araz”ın 300-dən artıq mağazası var. Sonradan “Oba” endirimli satış şəbəkəsini yaradıb. 2017-ci ildə isə Cənubi Qafqazda ən böyük distribusiya mərkəzlərindən olan “AVT Logistics”in əsası qoyulub. “AVT Logistics” 48 min kv. metrdən artıq qapalı anbarı, 500-dən artıq yük nəqliyyat vasitəsi ilə 12 mindən artıq fərqli ticarət nöqtəsinə məhsul çatdırılmasını təmin edir. Bu saydıqlarımız Aydın Talıbovun biznes imperiyasının bir hissəsidir.
İndi özünüz düşünün bunu Aydın Talıbov necə yarada bilərdi..? Həm də nəzərə alaq ki, Aydın Talıbovun “Ulduz” şokoladının içindən mıx, mismar, bolt, qayka və daha nələr çıxmayıb. Aydın Talıbovun mağazalar şəbəkəsində baş verən qanunsuzluqlar, vergidən yayınma, əmək qanunvericiliyinin pozulması, vaxtı keçmiş, kiflənmiş ərzaq məhsulları, qara mühasibatlıq, vitrində və kassadakı qiymət fərqləri və daha nələr barədə ölkə mediası nələr yazmayıb... Amma “Veysəloğlu” Şirkətlər Qrupunun İnsan Resursları Direktorluğunun Biznes Tərəfdaşlıq, Karyera və İnkişaf üzrə direktoru Təyyar Mustafayev deyir ki, bizim “Ulduz” şokoladını dünyada sevirlər, bu bir brenddir və s...
Birincisi, içindən qurd çıxan şokolad necə brend ola bilər, ay Təyyar müəllim..?
İkincisi, gəlin görək, “Veysəloğlu”da söz sahibi olan Təyyar Mustafayev kimdir, nəçidir..? Adam inana bilmir ki, Rəsədxanada-Observatoriyada Təlim və İnkişaf Departamentinin Müdiri olan Təyyar Mustafayev gəlib Satış Mərkəzində çalışır...O bir müddət Araz supermarketlərində İnsan Resurslarının direktoru olub..? Türklər demişkən, Yahu, observatoriya hara, satış mərkəzi hara..?
Görəsən, Təyyar Mustafayevi “Veysəloğlu”na çəkib gətirən NƏ OLUB..? Bir az səbrli olun... Həə, deyəsən xoruzun quyruğu görünür... Təyyar Mustafayev xeyli müddət Qafqaz Universitetində rektor müavini, prorektor olub. Aydın oldumu, söhbət türk düşməni Fətullah Gülənə məxsus Qafqaz Universitetindən gedir, özü də prorektor... Axı, biz yazının girişində reallığa və məntiqə söykənərək yazdıq ki, bu boyda biznes imperiyasını “prorab” Aydın Talıbov qura bilməzdi.... Veysəloğlu Şirkətlər Qrupunun rəhbərlərindən biri, Müşahidə Şurasının üzvü, direktor müavini İlqar Nuri də Təyyar Mustafayev kimi Fətullah Gülənin “şinelindən” çıxanlardandır.
Bəli, indi tam əminliklə demək olar ki, “Veysəloğlu” biznes imperiyasının arxasında Fətullah Gülən dayanırmış. Məhz bu izi itirmək üçün Aydın Talıbov son vaxtlar Araz, Oba marketlərinin təsisçilərini, nə bilim Şura üzvlərini dəyişməklə cinayətin izini itirmək istəyir. Ümumiyyətlə, son vaxtlar ölkəmizdə mənfur FETÖ-çulara qarşı aparılan əməliyyatlar “Veysəloğlu” şirkətində də aparılmalı və türk düşməni FETÖ-nun nümayəndələri həbs olunmalıdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, “Veysəloğlu” şirkətində cəmləşən FETÖ-çular vaxtilə PA-nın sabiq şöbə müdirləri Əli Həsənov və Elnur Aslanovla yaxın dost olublar. Bir sözlə, bu şəbəkənin sonadək ifşası qaçılmazıdır.
Növbəti sayımızda "Veysəloğlu" şirkətinin rəhbəri Aydın Talıbovun Fətulla Gülənlə kimin vasitəsilə tanış olması və aldığı tapşırıqlar haqqında yazı dərc olunacaq. Bizi izləyin... //gundelik-baku.com//




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR