Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Hüquq360°" mobil tətbiqi istifadəyə verildi - VİDEO

"Hüquq360°" mobil tətbiqi istifadəyə verildi - VİDEO

Tarix: 3-11-2023, 11:35

Vətəndaşlara hüquq xidmətləri göstərən "Hüquq360°" mobil tətbiqi istifadəyə verilib.
E-huquq.az xəbər verir ki, "RR Company LLC" şirkətinin məhsulu olan "Hüquq360°" tətbiqindən istifadə olduqca rahatdır. Belə ki, isdifadəçilər mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçərək özlərinə şəxsi hesab yaradırlar. Daha sonra yaratdıqları hesabla tətbiqə daxil olub, onlara ehtiyacları olan hüquqi kateqoriyanı seçirlər. Bu prosesdən sonra isdifadəçilərin qarşısına dərhal seçdiyi kateqoriyaya uyğun hüquqi xidmət göstərəcək vəkillər çıxır. İsdifadəçi vəkili onun reytinqinə, "Vəkil" profilindəki isdifadəçi rəylərinə, həmçinin haqqında olan bütün məlumatlarla tanış olaraq sərbəst şəkildə seçirlər.
Vəkillə tətbiq vasitəsi ilə əlaqə saxlamaq isdədikdə isə vəkilin profilindəki müvafiq "Zəng et" düyməsinə toxunmaq lazımdır. Qeyd edək ki, tətbiq vasitəsi ilə onlayn zəng etmək üçün isdifadəçinin balansında dəqiqələri olmalıdır. İsdifadəçi balans məlumatlarına aşağıda yerləşən naviqator menyusundan "Balansım" bölməsini seçərək tanış ola bilər. Həmçinin istifadəçi orada "Balansı artır" düyməsinə toxunaraq müvafiq bölmədən balansını artıra bilər.
Əlverişli interfeysə malik "Hüquq360°" tətbiqi olduqca sürətli və innovativdir. İstifadəçilər bu tətbiq vasitəsilə rahatlıqla peşəkar hüquqi xidmətlərdən yararlana bilərlər. Bununla yanaşı, onlara hüquqi xidmət göstərəcək vəkillərin məlumatları ilə də tanış ola, həmçinin onlar barədə rəy bildirə bilərlər.
Mobil tətbiqi həm "App Store", həm də "Google Play Store"dan yükləmək olar. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR