Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Vüqar Həşimov xatirəsinə həsr olunan şahmat turniri Qəbələdə olacaq

Vüqar Həşimov xatirəsinə həsr olunan şahmat turniri Qəbələdə olacaq

Tarix: 20-11-2023, 15:57

Dekabrın 7-dən 11-dək mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək. 

10 şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.

Sayca 9-cu Vüqar Həşimov Memorialına ilk dəfə Qəbələ ev sahibliyi edəcək. 

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il), özbəkistanlı Nodirbek Abdusattorov (2022-ci il)  isə bir dəfə turnirin qalibi olublar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR