Son Xəbər: Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək, İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib, Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub, Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir, Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib, Qurbanqulu Berdiməhəmmədov İƏT-in Zirvə görüşünün Xankəndidə uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB, Ermənistan Prezidenti ətraf mühit nazirini vəzifəsindən azad edib, İstanbulda atışma olub, yaralananlar var, Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB,

190 manalıq yardım üçün qeydiyyatı aktiv olan rayonların - Adları

190 manalıq yardım üçün qeydiyyatı aktiv olan rayonların - Adları

Tarix: 10-04-2020, 09:30

Xəbər verdiyimiz kimi, birdəfəlik ödəməni (190 AZN) almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günləri qrafikə bölünüb.
“Qafqazinfo” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, həmin qrafikə uyğun olaraq bu gün Bakı ərazisində Suraxanı, Sabunçu rayonları, bölgələrdə isə Şəki, Tovuz, Şəmkir, Gəncə, Gəncə-Kəpəz, Gəncə-Nizami, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhər və rayonlarında elektron müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatlarına start veriləcək.
İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320
Bildirilib ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.
İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.
Qeyd edək ki, ödənişlərin verilməsinə artıq dünəndən başlanılıb və ilk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR