Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

“Rusiya silah istehsalını sürətləndirib, Ukrayna isə çatışmazlıq yaşayır”

“Rusiya silah istehsalını sürətləndirib, Ukrayna isə çatışmazlıq yaşayır”

Tarix: 23-12-2023, 12:49

“Ukrayna qoşunları artilleriya mərmilərinin kəskin çatışmazlığını yaşayır, Rusiya isə Qərbin sanksiyalarına baxmayaraq, silah istehsalını sürətləndirib”.

Belə bir qiymətləndirmə “The Washington Post” qəzetində dərc olunmuş məqalədə verilib.

Məqalədə qeyd olunur ki, Ukrayna əsgərləri bu həftə bildiriblər ki, cəbhə xəttində artilleriya mərmilərinin çatışmazlığından əziyyət çəkirlər, buna görə də bəzi bölmələr planlaşdırılan hücumlardan imtina ediblər. Vurğulanır ki, ABŞ və Avropanın köməyinin gecikdiyi bir vaxtda silah-sursat çatışmazlığı Ukrayna paytaxtında onsuz da hiss olunan narahatlığı artırır.

Materialda Ukrayna Silahlı Qüvvələrinin 128-ci dağ-hücum briqadasından olan hərbçinin sözləri sitat gətirilir. Onun sözlərinə görə, Zaporojye istiqamətindəki ukraynalı topçular hər hədəf üçün məhdud sayda mərmi alırlar. O deyib ki, Ukrayna hərbçiləri çox yorulublar, lakin hələ də motivasiyalıdırlar. “Amma müharibəni yalnız motivasiya ilə qazana bilməzsən”, - hərbçi bildirib. Onun sözlərinə görə, vəziyyət daha da pisləşir. “Nə qədər davam edə bilərik? Demək çətindir, amma uzun çəkə bilməz. Hamı bunu başa düşür”, - deyə o əlavə edib.

Başqa bir ukraynalı hərbçi məlumat verib ki, bölməsi əvvəllər gündə orta hesabla 50, bəzən 90 mərmi atırdısa, indi isə bu say 10-20 arasındadır. O hesab edir ki, bu, hücuma imkan vermir.

Ukrayna hərbçilərinin sözlərinə görə, onlar Rusiyanın artilleriya mərmilərinin çatışmazlığı ilə üzləşdiyinə dair heç bir əlamət görməyiblər.

Materialda verilən qiymətləndirməyə görə, Moskva Qərbin sərt sanksiyalarını və ixrac nəzarəti tədbirlərini dəf edə bilib və silah istehsalını yenidən aktivləşdirib




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR