Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

“Facebook” istifadəçiləri üçün daha bir YENİLİK

“Facebook” istifadəçiləri üçün daha bir YENİLİK

Tarix: 4-01-2024, 13:56


“Facebook”da tətbiq olunan yeniliklə istifadəçilər mobil tətbiq üzərindən öncəki günlərdə hansı linklərə daxil olduqlarını görə bilirlər.

"Facebook" sosial şəbəkəsi üzərindən müxtəlif linklərə keçid edən istifadəçilər 30 gün ərzində bu linklərin tarixçələrini əldə edə bilirlər. Bununla da onlar bir neçə gün öncə hansı linklərə daxil olduqlarını izləyə və yenidən həmin linklərə keçid edə bilirlər.

“Facebook”un sahibi olan “Meta” şirkəti bu məlumatların toplanmasının səbəbini izah edərək bildirib ki, bəzən istifadəçilər müəyyən zəruri məlumatları hansı linkdən əldə etdiklərini unudurlar. Belə olan halda bu yenilik, yəni link tarixçəsinin olması istifadəçilərin rahatlığını təmin edəcək.

Qeyd edək ki, artıq mobil tətbiq üzərindən bu yenilikdən yararlamnmaq mümkündür.(Modern.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR