Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Dövlət Xidməti: Bu şəxslər də 190 manat yardım üçün ayrıca müraciət edə bilərlər

Dövlət Xidməti: Bu şəxslər də 190 manat yardım üçün ayrıca müraciət edə bilərlər

Tarix: 13-04-2020, 13:49

190 manat məbləğində birdəfəlik ödəməni almaq istəyən ayrı-ayrı insanlar bizə müraciət edirlər ki, məşğulluq mərkəzləri zənglərə cavab vermir. Xeyr, bu, belə deyil, məşğulluq mərkəzləri bütün telefon zənglərinə cavab verir. Ancaq vətəndaşların müraciətləri çox olduğundan telefonlar məşğul ola bilər. Buna görə də vətəndaşlar məşğulluq mərkəzlərinə çox tez-tez zəng etsinlər.
Mediabiz.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.
C.Quliyev sistemdə yüklənmənin baş verməsi səbəbindən bir neçə gün əvvəl qrafiklə müraciət edilmənin tətbiq edildiyini, lakin artıq bu məhdudiyyətin aradan götürüldüyünü söyləyib:
“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.
C.Quliyev qeyd edib ki, birdəfəlik ödəmə yalnız heç bir gəliri olmayan, dövlətdən heç bir maliyyə vəsaiti almayan ailələrə verilir:
“Ailə dedikdə ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları nəzərdə tutulur. Əgər eyni ailədə ər-arvadın valideynləri varsa, onlar artıq ayrı bir ailə sayılırlar. Bu halda həmin valideynlər işsizdirsə, onlar da yardım üçün əlavə olaraq müraciət edə bilərlər”.
Xatırladaq ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilir.
Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR