Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirildi

Tarix: 6-02-2024, 18:12

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan “Hunday Getz” markalı avtomobilin start qiyməti 1 275 manat olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan “Mercedes Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38afiC linki vasitəsilə tanış olmaq olar

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR