Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

SDU-da təntənəli Novruz tədbiri keçirilib - FOTOLAR

SDU-da təntənəli Novruz tədbiri keçirilib - FOTOLAR

Tarix: 15-03-2024, 13:14



SDU-da təntənəli Novruz tədbiri keçirilib.

Azadmedia.az-a SDU-dan verilən məlumata görə, martın 15-də Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının həyətində professor-müəllim heyəti, əməkdaşlar və tələbələr, həmçinin SDU-nun əməkdaşlıq etdiyi müəssisələrdən olan qonaqların iştirakı ilə Novruz şənliyi keçirilib.

Novruz bayramının qədim ənənələrindən, onun özünəməxsus xüsusiyyətlərindən söz açan aparıcılar artıq 4-cü ildir ki, xalqımızın öz əziz bayramını yüksək ovqat ilə qarşıladığını qeyd edərək sözü SDU-nun rektoru, dosent Rüfət Əzizova veriblər.
Rektor Rüfət Əzizov tədbirdə iştirak edən hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və xoş arzularını çatdırıb. Hər bir xalqın ona aid olan bayramların və adət-ənənələrin o xalqın daşıdığı dəyərlərlə həmahəng olduğunu qeyd edib.
Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayramın bizim adət-ənənələrimizi əsrlər boyu yaşadaraq bu günlərə gətirdiyi kimi, bizi bir xalq kimi birləşdirərək həmrəyliyə səslədiyini vurğulayıb.

Daha sonra bayram tonqalı qalanıb. Konsert proqramı ilə davam edən bayram tədbiri Novruz personajlarının iştirakı, qonaq müğənnilərin və istedadlı tələbələrimizin ifaları, universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri ilə davam edib.













RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR