Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib

Tarix: 19-04-2024, 02:27

Mediabiz.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay şəhərində keçirilən 6-cı MENA Ali Təhsil Forumunda iştirak edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda panel müzakirədə çıxış edib.

Rektor Şahin Bayramov mövzu barədə həm Beynəlxalq Universitetlər Assosiasiyası (IAU), həm də Mingəçevir Dövlət Universiteti (MDU) prizmasına əsaslanan fikirlərini bölüşüb və Beynəlxalq Universitetlər Assosiasiyası missiyası və prioritetləri, universitet-cəmiyyət əməkdaşlığına dair dəyərləri və Ali təhsilin beynəlmiləlləşməsi üzrə 6-cı qlobal sorğusunun müvafiq nəticələrini təqdim edib.

Sonda MDU-nun rektoru Şahin Bayramov yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun strateji məqsədlərindən və yerli icmanın ehtiyaclarını qarşılamaq sahəsində təcrübəsindən bəhs edib.








RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR