Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ

8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ

Tarix: 18-04-2020, 23:14

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin 4 may 2020-ci il tarixinə qədər uzadılması ilə əlaqədar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” müvafiq tarixədək fəaliyyətdə olacaq.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti 2020-ci il 4 may tarixinədək uzadılır. Bununla yanaşı, yeni icazələrin əlavə olunması, mövcud icazələrin ləğvi və ya əməkdaşlar üçün icazənin qüvvədə olma müddətinin son tarixi müəyyənləşdirilə bilər.
Eyni zamanda evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün isə vətəndaşlar tərəfindən mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kod və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi SMS-lə 8103 qısa nömrəsinə göndərilməlidir.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Yaşı 65-dən yuxarı insanlara evdən çıxmaq qadağandır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR