Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA

“Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA

Tarix: 22-05-2024, 17:39


Azərbaycanda qohum evliliyi qanunla qadağa oluna bilər. Artıq bununla bağlı ictimai müzakirələr başlayıb.  Müzakirələrin ümumi yekunu budur ki, əmi, xala uşaqları arasında evlilik qadağan olunsun. Çünki yaxın qohumla evlilik doğulacaq uşaqların səhətində ciddi fəsadlar yaradır.

Nəzərə alaq ki, dünyanın bir sıra ölkələrində anoloji qərarlar qəbul edilib. Məsələn, 3-4-cü dərəcəli qohumlar arasında evlilik bir sıra Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, ABŞ-ın 24 ştatında və s. ölkələrdə qadağan olunub.

Artıq məsələ Milli Məclisdə də müzakirə obyekti olub.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirdi ki, yaradılışda bu hal mövcuddur ki, digər canlılarda erkək və dişi fərdlərin cinsi təmasından törəyən döldə genetik xəstəliklər aşkar olunmadığı halda, məhz insanların qohum evlilikləri zamanı  xromosomlar və onların genlərində baş verən dəyişikliklər xəstəliklərin yaranmasına səbəb olur:

“Azərbaycanda 15-dək irsi xəstəlik qeyd alınıb. Təəssüf  ki, bunların böyük hissəsinə qohum evliliklərindən dünyaya gələn şəxslərdə rast gəlinir. O cümlədən, əlillərin və fiziki qüsurluların 1/3-i məhz qohum nikahlarından doğulanlardır.

Genetik xəstəliklərə qohum evlilikləri nəticəsində daha çox rast gəlindiyi statistik göstəricilərlə təsdiq olunub. Bətndaxili və yaxud doğuşdan sonra baş verən ölüm hallarının 25%-nə qohum evlilikləri zamanı təsadüf olunur, 10% hallarda isə tamamilə uşaq olmur.  

Qohum nikahları zamanı cütlüklərin hər ikisi eyni kökdən olduğu üçün qüsurlu genlərin  birləşmə ehtimalı daha yüksəkdir. Qüsurlu genlər birləşərkən körpə dünyaya qüsurlu gəlir, qan xəstəlikləri-talassemiya, hemofiliya, dayaq hərəkət sistemi xəstəliklərinin, nevroloji xəstəliklərin, əqli inkişaf geriliyinin  formalaşma ehtimalı yüksəlir. Ana bətnində dölün ölməsi, hamiləliyin erkən bitməsi, ürək qüsurları, uşaqların cılız doğulması hallarına da ən çox qohum nikahlarında rast gəlinir”. 

Abbas Bağırov onu da qeyd edib ki, respublikamızada  uşağı xəstə doğulan valideynlərin Ailə Planşladırması Mərkəzinə müraciətləri artmaqdadır:

“Qohum nikahlardan dünyaya gələnlərin 10%-ə qədərində ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayır.  Qohum evliliyi istəyən cütlüklər bilməlidirlər ki, bu cür evlilikdən yaranan xəstəliklərin çoxu tam müalicə oluna bilmir. Onlardan dünyaya gələcək uşaqların sağlamlıqları və yaşamaq ehtimalı aşağı olacaq, daimi həkim nəzarətində dərmanlardan asılı vəziyyətdə qalacaqlar. Nəticədə valideynlər həmişə maddi, fiziki və mənəvi  problemlər içərisində qalırlar. Qohum nikahların ən çox verdiyi fəsadlardan biri də sonsuzluqdur”.

Bizim.Media





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR