Son Xəbər: Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib, Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib, Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib, Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək, Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib, İlham Əliyev Türkiyəyə işgüzar səfər edib, Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik", “Teleradio”ya yeni rəhbər təyin edilib, Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib,

Azərbaycanda bu il qəbul imtahanı bir dəfə keçirilə bilər

Azərbaycanda bu il qəbul imtahanı bir dəfə keçirilə bilər

Tarix: 21-04-2020, 13:54

“Zaman məhdudiyyəti qoyulsa, ali məktəblərə qəbul imtahanı bir dəfə keçirilə bilər”. 

Mediabiz.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, hələ qaydalara görə, iki dəfə imtahan keçirmək imkanının olduğu görünür:
“Hazırda şərait buna imkan verir. Ancaq bizə müəyyən vaxt məhdudiyyəti qoyulsa, qəbul imtahanları bir dəfə ola bilər. Hələ ki, bizə deyilməyib, bir ay ərzində, yoxsa iki ay ərzində imtahanları keçirə bilərik. Ümid edirik ki, imtahanları iki dəfə keçirmək imkanımız olacaq. Ancaq buna hələ ki, sadəcə ümid edə bilirik.
Hər bir şəxsin bir dəfə imtahanda ödənişsiz olaraq iştirak etmək haqqı var. İmtahanların qaydaları bütün bölmələr üçün eynidir. Heç bir zaman ayrı-seçkilik olmayıb, olmayacaq. Bu nəslin taleyinə belə bir hadisə düşüb”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR