Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

VÖEN-i olanlar da 190 manat ala bilər — Qaydası açıqlandı

VÖEN-i olanlar da 190 manat ala bilər — Qaydası açıqlandı

Tarix: 21-04-2020, 23:50

190 manatlıq müavinətdən bəhrələnmək istəyən vətəndaşlar adlarına olan VÖEN-i ləğv etdirməlidirlər".
Mediabiz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində deyib:
"10 minlərlə vətəndaş var ki, əmək müqavilələri, VÖEN-ləri olub. Hətta bəzi hallarda azyaşlı uşaqlarının adına da müraciətlər olub.
Bu sistem də kontingentin sayını nəzərə alaraq kompüterin üzərindən aparılır. Sistemlər Vergilər Nazirliyi və digər qurumların altsistemləri ilə inteqrasiya olub. Ona görə vacibdir ki, vətəndaşlarımız əgər öz VÖEN-lərindən istifadə etmirlərsə, yaxud qısa müddətlik hər hansı məqsəd üçün onlara lazım olub və indi istifadə etmirlərsə, onlar bizə kömək etsinlər. Müraciət edib qısa müddətdə o sistemlərdə VÖEN-lərini ləğv etdirsinlər, bağlatdırsınlar. Bu müavinətdən bəhrələnmək istəyirlərsə, mütləq müraciət edərək o VÖEN-lərə xitam versinlər".
A.Kərimov bildirib ki, VÖEN-i ləğv edilən vətəndaş 190 manat müavinət üçün yenidən müraciət edə bilər:
"Vətəndaşlar artıq 190 manat üçün müraciət edib, sonra adlarına VÖEN olduğunu biliblərsə, yenidən müraciət edə bilərlər. Sadəcə bilməlidirlər ki, növbəlilik qaydasında onlar əvvəlki növbələrini deyil, yeni növbə yeri alaraq yenidən bir az gözləməlidir ki, onların müraciətləri təhlil olunsun.
VÖEN ləğv edildikdən sonra vətəndaşın hər bir müraciəti yeni müraciət kimi baxılacaq və və altsistemlərdə yenidən yoxlanacaq. Məlumat əgər dəyişdirilibsə, meyar artıq müsbətdirsə, müraciətin də cavabı ümumilikdə müsbət olacaq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR