Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

QHT sədri: "Vətəndaş cəmiyyəti antinarkomaniya sahəsində beynəlxalq təcrübəni mütləq öyrənməlidir"

QHT sədri: "Vətəndaş cəmiyyəti antinarkomaniya sahəsində beynəlxalq təcrübəni mütləq öyrənməlidir"

Tarix: 26-06-2024, 10:01

 
"Azərbaycanın vətəndaş cəmiyyəti ümummilli bəlalardan biri olan narkotik və narkomaniyaya qarşı mübarizədə dövlətə dəstəyini davam etdirməklə yanaşı öz işini müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində real və səmərəli addımlar atmaqdadır".
Bunu "Gənclərin Anti-Narkomaniya" ictimai birliyinin sədri Büllur Məmmədova 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü münasibətilə bugünədək əldə edilmiş nəticələri təhlil edərkən və qarşıda duran əsas vəzifələr barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti narkotikə və narkobiznesə qarşı mübarizədə çox ciddi və uğurlu nəticələr göstərir. "Bunun başlıca səbəblərindən biri odur ki, antinarkomaniya tədbirləri yalnız lokal deyil, eyni zamanda, regional və qlobal miqyasda həyata keçirilir. Azərbaycan dövlətinin bu işlərdə çox böyük və, ən əsası, çox faydalı payı var. Vətəndaş cəmiyyətinin üzvləri də, öz növbəsində, fəaliyyətində ən səmərəli nümunələri öyrənməli və tətbiq etməlidir. Bu baxımdan "Gənclərin Anti-Narkomaniya" ictimai birliyinin Narkotiklər üzrə Vyana QHT Komitəsinin illik sessiyasında iştirak etməsi, daha sonra isə bu təşkilata, həmçinin Cinayətin Qarşısının Alınması və Ədalətli Cinayət Təqibi üzrə QHT-lərin Alyansına üzv qəbul olunması mühüm addımlar oldu". QHT sədri vurğuladı ki, bu işlər milli vətəndaş cəmiyyəti üzvlərinə beynəlxalq əlaqələri genişləndirməyə imkan verməklə yanaşı müsbət təcrübələrin öyrənilməsi nöqteyi-nəzərdən olduqca vacibdir. Büllur Məmmədova bildirdi ki, sədrlik etdiyi "Gənclərin Anti-Narkomaniya" ictimai birliyi bundan sonra da beynəlxalq tərəfdaşlarının sayını artırmaq və antinarkomaniya sahəsində müsbət təcrübələrin öyrənilməsi üçün səylərini davam etdirəcək.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR