Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Akula” Akifin ortaqlarından biri həbs olundu – NÖVBƏ DİGƏR ORTAQDA

“Akula” Akifin ortaqlarından biri həbs olundu – NÖVBƏ DİGƏR ORTAQDA

Tarix: 30-04-2021, 22:55

“Akula” Akifin ortaqlarından biri həbs olundu – NÖVBƏ DİGƏR ORTAQDA
“Akula” Akifin ortaqlarından biri Adəm İsmayılovun qardaşı Azər həbs olunub.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Azər İsmayılov dünən Xətai rayon məhkəməsi tərəfindən 2 ay müddətinə azadlıqdan mərhum edilib.

Azər İsmayılov qeyri-qanunu inşaat işləri aparmaqda və bu məqsədlə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisindəki yaşıllıqları məhv etməkdə günahlandırılır. Hansı ki, hardasa iki həftə öncə bu inşaat işi ölkə başçısı İlham Əliyevin qəzəbinə gəlmiş və o, hadisəni “vicdansizlıq”, “biabırçılıq” və “cinayət” adlandırmışdı.
Ölkə mətbuatının bildirdiyinə görə, prezidentin bu reaksiyasından sonra həmin inşaat dayandırılmış, tikintini aparan şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min manat məbləğində cərimələnmiş və fakt üzrə cinayət işi açılmışdır. Azər İsmayılovun həbsinin də bu cinayət işi çərçivəsində həyata keçirildiyi xəbər verilir.

Mənbəmiz cinayət işinin təkcə Azər İsmayılovla yekunlaşmayacağı qənaətindədir. Onun saytımıza verdiyi məlumata görə, “Akula” Akifin dostu da cinayət məsuliyyətinə cəlb oluna bilər: “Çünki, “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisini aparan şirkətin həqiqi sahibləri Akula Akif və Adəm İsmayılovdur”.

Xəbər qaynağımız bu faktı sübuta yetirmək üçün ikilinin bundan əvvəl ZAZ tikinti şirkətindəki ortaqlığını təsdiqləyən sənədi də bizə göndərib. Həmin sənədi təqdim edirik:
 Xatırladaq ki, “Akula” ləqəbli Akif Mustafayevin adı “MTN işi”ndə əsas müttəhim kimi keçir və o, cinayət məsuliyyətindən yayınmaq üçün ölkədən qaçmağı bacarıb.(Ovqat.com)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR