Son Xəbər: Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas, Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək, Türkiyənin bu ərazisində meşə yanğını başladı, 27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb - YENİLƏNİB, Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb, Trampın seçilməsi heç nəyi dəyişməyəcək - Medvedyev, “Həmin sənədi imzalamamışıq” - Ermənistan XİN, Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk, Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq, Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub,

Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilmişdir.

Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilmişdir.

Tarix: 20-07-2024, 19:24

Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilmişdir.

Dünən, iyul ayının 20 də  youtube kanalı olan REAKSİYA TVnin canlı yayımında ”Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” (Элге берилген өмүрдүн көз ирмемдери)   kitabın virtual təqdimatı keçirilmişdir. 

Reaksiya TVnin “Ziyalı mövqeyi” verlişində ”Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” (Элге берилген өмүрдүн көз ирмемдери)  kitablarının Virtual təqdimatında müəllif  heyətinin rəhbəri professor Cümşüd Nuriyevin peşəkar performansı çox maraqlı olmuşdur.

Bu il Bişkek şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevin qırğız dilində Ümummilli lider Heydər Əliyev haqqında yazdığı “100 yaşlı Heydər Əliyev kimdir?” böyük məqaləsi “Xalqa bağışlanmış ömürdən anlar” toplusunda qırğız dilində  nəşr olunmuşdur. Kitabın və məqalənin qırğız dilinə tərcümə edilib nəşr edilməsinə səbəb bir çox qırğız oxucularının Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini öz ana dillərində oxumaq marağı ilə fonda çoxsaylı  müraciətlər etmişdilər.  Oxucuların çoxsaylı müraciətlərini nəzərə alan fond rəhbəri “Xalqa bağışlanmış ömürdən anlar” kitabını tam şəkildə qırğız dilinə tərcümə etdirmişdir. “Xalqa bağışlanmış ömürdən anlar” (Элге берилген өмүрдүн көз ирмемдери) kitabı qırğız dilinə ictimai xadim, professor, iqtisad elmləri doktoru, əməkdar iqtisadçı, iki dəfə Qırğızıstan Respublikası Joqorku Keneşinin deputatı Elmira Busurmankulovna Cumalıyeva tərcümə etmişdir. Oxucuların fonda müraciətinə səbəb kitabın rus dilində variantının təqdimatının keçirilməsi və Qırğızıstan mətbuatında geniş işıqlandırilması səbəb olmuşdu. Kitabın qırğız dilindəki variantı Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunub.

 Həmçinin, fondun sifarişi ilə  professor Cümşüd Nuriyevin rəhbərliyi altında “Zəfər çələngi” kitabı Azərbaycan dilində Bişkekdə nəşr edilmişdir. Kitabda   Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqillitimizin dönməz olması üçün gördüyü işlərin ilk dəfə olaraq elmi müstəvidə siyasi təhlili verilmişdir. Qırğız Respublikasında Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər taktikası və uğurlu idarəetmə siyasətinə olan böyük oxucu marağını nəzərə alan fond “Zəfər çələngi” kitabını rus və qırğız dillərində nəşr etdirmək haqqında qərar qəbul etmişdir. Son zamanlar təkcə Türkdilli ölkələrdə deyil bir çox Şərqi Avropa və Asiya ölkələrində Möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik siyasəti öyrənilməyə və təşviq edilməyə başlanılmışdır. Prezidentimizin ustad idaretmə metoduna olan beynəlxalq maraqlar dünən Şuşada keçirilən İkinci Forumda bir daha təsdiqini tapdı və bu qürurverici hadisənin hamımız iştirakçısı olduq.

Qeyd edək ki “Zəfər çələngi” xaricdə nəşr edilmiş Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqillitimizin dönməz olması üçün gördüyü işlərin ilk dəfə olaraq elmi müstəvidə siyasi təhlili verilmiş ilk kitabdır.

Xatırlatmaq  yerinə düşər ki Orta Asiya dövətlərində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini uzun illərdir yorulmadan təbliğ edən  Türkdilli dövlətlərin siyasətunə dəstək fondunun Prezidenti Nüsrət Məmmədovdur.

Xüsusi ilə vurğulayaq ki hər iki kitab fondun saytına yüklənmişdir və heç bir məhudiyyət qoyulmadan oxucuların ixtiyarına verilmişdir. Artıq kitablara minlərlə baxış sayı var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR