Son Xəbər: Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi, Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi, Qarabağ Universiteti ona görə sentyabrın 20-si açıldı ki..., İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən - Fotolar, Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar, İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, Qarabağdakı dünənki açılışlardan yeni - Video, Prezident Qarabağ Universitetində: tələbələrlə görüş..., Avropa Komissiyasının prezidenti Kiyevə səfər edib, Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib,

Əməkdaşları qanunsuz işə cəlb edən bu şirkət cərimələndi

Əməkdaşları qanunsuz işə cəlb edən bu şirkət cərimələndi

Tarix: 23-08-2024, 16:30

“AZFEN-NN Tikinti Təmir Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin internet xətlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR