Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

Bu şəxslərin Azərbaycanda olma müddətləri uzadıldı

Bu şəxslərin Azərbaycanda olma müddətləri uzadıldı

Tarix: 28-04-2020, 11:07

Dövlət Miqrasiya Xidməti Azərbaycanda  01 -31 may tarixlərində olma müddəti bitən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, həmin şəxslərin müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edilib ki, ölkədə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01 -31 may tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.
Bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə)  dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər. 
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR