Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrası dava edir

“İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrası dava edir

Tarix: 7-09-2024, 09:55

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024 cü ildə elan etdiyi kiçik qrant müsabiqəsində qaliblərdən biri oldu. Agentliyin maliyyə dəstəyi ilə “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrasına iyun  ayından başlanılıb. Layihə Bakı şəhərində icra ediləcək.Onu da əlavə edim ki itkin düşmüş ailələrinin üzvləri Bakı şəhərində daha çox yaşayırlar. 

Layihənin məqsədi BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması və itkin düşmüş şəxslərin fundamental hüquqlarının qorumasıdır.

Ermənistanin Azərbaycana  qarşı  hərbi təcavüzü nəticəsində 3967 nəfər itkin düşmüş səxs kimi Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qeydiyyata alınıb.

 Layihə Ermənistanın  azərbaycanlılara qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş kimi qeydə alınan Azərbaycan Respublikası vətəndaşları haqqında, məlumatların daha çox həcmdə və məhz itkin düşənlərin ailə üzvlərini birləşdirən, onlar tərəfindən yaradılan ictimai birlik tərəfindən gösdərilməsini, BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) mexanizmdən səmərəli istifadə olunması gözlənilir.

Təşkilatın veb saytı (itkin.az) layihə çərçivəsində təkmilləşdirilib və görülən işlərin davamlılığı təmin edilib. Veb səhifədə ayrıca itkin düşmüş şəxslərlə bağlı bölmələr də genişləndirilib. Layihə çərçivəsində görülmuş işlər, yazılmış müraciətlər həmin bölmədə öz əksini tapacaqdır. 


BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupu ilə kommunikasiyanın qurulması bütün şəxslərin məcburi itkin düşməsindən müdafiəsi haqqında Bəyannamənin həyata keçirilməsinə maneələrin aradan qaldırılmasında dövlətlərə kömək etməklə qabaqlayıcı rol oynayır. 

Hazırlanaraq ğöndərilmiş  muraciətlər BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun itkin düşmüş azərbaycanlılar haqqında məlumatlandırmanın miqyasını artırılacaq. BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupuna müraciətlər göndəriləcək və müraciət forması ingilis dilində yazılacaq.


Burada məqsəd eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsinda yaranmış humanitar problemlərin xüsusilədə itkin düşmüş səxslər məsələsinin Beynəlxalq İctimaiyyətin diqqətinə çatdırılmasıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR