Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bu müəllimlərin də maaşları ARTACAQ

Bu müəllimlərin də maaşları ARTACAQ

Tarix: 26-11-2024, 16:39

 

Ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması məqsədi ilə əmək haqları (pedaqoji və inzibati heyət üzrə) artırılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) AzEdu.az Təhsil Portalına bildirilib ki, ADPU-da analoji addımın atılması gözlənilir.

Universitetdən sorğuya cavab olaraq bildirilib ki, universitet əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırılması hər zaman qarşıya qoyulan əsas prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə mütəmadi olaraq vacib addımlar atılmaqdadır:

"Son 7 il ərzində universitetin həm pedaqoji heyətinin, həm də inzibati idarəetmə sahəsində fəaliyyət göstərən əməkdaşların əməkhaqqılarında nəzərəçarpan dərəcədə artım edilib. Lakin təbii ki, universitet bununla kifayətlənmək və qane olmaq niyyətində deyil. Son illər ərzində əməkdaşların əməkhaqqı göstəricilərinə həm ümumi şəkildə artım edilməsi, həm də diferensial şəkildə yüksəldilməsi həyata keçirilməklə yanaşı, fəaliyyət nailiyyətlərinə görə  mükafatlandırma sisteminin də əhatə dərəcəsi xeyli genişləndirilib.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2025-ci ilin əvvəlindən etibarən Pedaqoji Universitetdə əməkdaşların əməkhaqqı göstəricilərinə artımın edilməsi gözlənilir. Bununla bağlı qərar tədris semestrinin sonunda keçiriləcək universitetin Elmi Şurasında qərar veriləcəkdir",- deyə universitetdən qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR