Son Xəbər: Lukaşenkonun Zelenskidən üzr istəməsi barədə deyilənlərə aydınlıq gətirilib, Azərbaycan XİN Makrona cavab verib, Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib, Rusiya qazının Avropaya tədarükü dayandırıldıqdan sonra Aİ-də enerji qiymətlərində artım müşahidə edilmir, Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb, Ermənilər yenə Laçını atəşə tutdu, DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib, Dövlət başçısı: Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik, MN: Ermənistan silahlı qüvvələri son günlər mövqelərimizi bir neçə dəfə atəşə tutub, Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib,

Blinken: Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib

Blinken: Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib

Tarix: 4-01-2025, 16:12

ABŞ Qərb ölkələri ilə Rusiya arasında nüvə münaqişəsi riskinin istənilən artımını son dərəcə təhlükəli hesab edir.

Bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə imkanını nəzərdən keçirə biləcəyini düşündüyündən Moskvanın nüvə ritorikasından son dərəcə narahat olub.

“Bu ehtimal 5 faizdən 15 faizə qədər artsa belə, təhlükədir. Nüvə silahından danışırıq, bundan daha ciddi bir şey yoxdur” - Blinken deyib və əlavə edib ki, Pekinin siyasəti çox güman ki, Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib.

“Çinin Rusiya ilə əlaqə saxladığını və bunu etməməsi barədə xəbərdarlıq etdiyini düşünməyimiz üçün əsasımız var. Pekin Vaşinqtonun onlara Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi planlaşdıra biləcəyi barədə məlumat verməsindən sonra da mövqeyini Moskvaya çatdırmış ola bilər”, - o vurğulayıb.

ABŞ-Çin münasibətlərinin dinamikasından danışan Blinken Çini “bir əlində iki qarpız saxlamaq”da ittiham edib, Pekinin Qərblə sıx ticarət əlaqələri saxlamaqla bərabər, Qərb ölkələrinin etirazlarına baxmayaraq, Rusiyanı ikili təyinatlı mallarla təmin etdiyini söyləyib.

“Pekinə qarşı sanksiya siyasətindən dərhal effekt olmayacaq. Amma düşünürəm ki, Çinin mövqeyi getdikcə daha da çətinləşir. Çin elitasına qarşı atdığımız addımları qətiyyən bəyənmirlər. Düşünürəm ki, lazım gələrsə, növbəti addımlar da atılacaq, ola bilsin, elə üzümüzə gələn həftələrdə”, - o əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR