Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

Azərbaycanda xidmət sahələri belə işləməlidir - YENİ QAYDALAR - VİDEO

Azərbaycanda xidmət sahələri belə işləməlidir - YENİ QAYDALAR - VİDEO

Tarix: 5-05-2020, 10:00

Azərbaycanda bəzi xidmət sahələri üzrə qaydalar müəyyən edilib.

Yeni qaydaya görə bərbər və repetitor xidməti göstərənlər, mobil telefon, qızıl, bəzək və geyim əşyaları satanlar sabahdan etibarən müəyyən qaydalara əməl etməlidirlər. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır.
Mediabiz.az Xezerxeber.az-a istinadla xəbər verir ki, xüsusi karantin rejimində xidmət sahələrində koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib. Qaydalara görə, sabahdan etibarən bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.
Bununla yanaşı, bərbərlər işə başlamazdan əvvəl və sonra əllərini yumalıdırlar. Onlarla birgə çalışan şəxslər iş prosesində önlük geyinməlidirlər. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi isə məcburidir.
Bərbərlər infeksiyanın qarşısını almaq üçün müştərilərin saçını yuyan zaman hər bir müştəri üçün ayrı dəsmaldan istifadə etməlidirlər. Həmin şəxslər qayçı, ülgüc və təraş maşınlarından istifadə etməzdən əvvəl həmin alətləri mütləq dezinfeksiya etməlidirlər.
Sabahdan etibarən fərdi tədris və repetitor xidmətləri göstərən şəxslər də bəzi qaydalara əməl etmək məcburiyyətindədirlər. Bu şəxslər onlayn tədris prosesinə üstünlük verməlidirlər. Bundan başqa, abituriyentlərə tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bununla yanaşı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalı və fasilə zamanı otaq havalandırılmalıdır.
Sabahdan etibarən geyim əşyalarının satıldığı yerlərdə dəyişmə otaqlarından istifadə də qadağan olunub.
Bununla yanaşı, bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personal müvafiq təlim keçməlidir. Kitab, qəzet və dəftərxana mallarının satışında onlayn satışlara üstünlük verilməlidir.
Kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır. Mobil cihazların və aksesuarlarının, eləcə də qızıl və bəzək əşyalarının satışı zamanı müştəri tərəfindən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya olunmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR