Son Xəbər: Bazar gününün havası açıqlanıb, Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb, İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib, DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb, BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr, Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb, Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var, Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH, Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib, Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb,

Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır

Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır

Tarix: 22-01-2025, 11:50


Ukrayna Azərbaycanın humanitar yardımını, həmçinin ərazi bütövlüyü və suverenliyi məsələlərində dəstəyini yüksək qiymətləndirir.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin Birlik Günü münasibətilə bəyanatında deyilir.

"Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini ardıcıl olaraq dəstəkləyən, həmçinin humanitar yardım göstərən Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk. Bu, azadlıq və müstəqilliyin həqiqi dəyərini bilən ölkələrimiz və xalqlarımız arasında həmrəyliyin mühüm təzahürüdür", - səfir qeyd edib.

Y.Qusev, həmçinin vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlər tarixi etimad və hörmətə əsaslanan əməkdaşlığın nümunəsidir: "1918-ci ildə Ukrayna və Azərbaycan bu günə qədər davam edən qarşılıqlı anlaşma yoluna qədəm qoyub. O zaman da, indi də ölkələrimiz öz dövlətçiliyini qorumaq üçün mübarizə aparır, eyni zamanda dostluq və tərəfdaşlıq körpüləri qurur".

Diplomat həmçinin qeyd edib ki, bu gün Azərbaycan və Ukrayna ümumi məqsəd və çağırışları olan strateji tərəfdaşlardır: "Biz Qara dəniz-Xəzər regionunda və bütün dünyada ədalətli sülh, sabitlik və rifaha can atırıq".

Səfir vurğulayıb ki, birlik təkcə əraziləri deyil, həm də insanları birləşdirən təməldir: "Bu çətin dövrdə həmrəyliyə və dəstəyə görə Azərbaycana minnətdarıq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR