Son Xəbər: Yanvar çağırışının gedişatı müzakirə olundu, Bakıdakı marketdə eşşək südü satılır? - QİYMƏT, İlkin araşdırma nəticələri gələn həftə açıqlanacaq, Sosial kirayə mənzillərlə bağlı qanun dəyişir, 24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş... - Foto, Sosial media insanlarda əsəbilik yaradırmış, Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb, Donald Tramp Kim Çen Inla əlaqə saxlayacağına söz verib, Hazırda Bakıda bu yollarda tıxac var – SİYAHI, Slovakiyada cəmiyyətdəki gərginliyin artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək,

Sosial media insanlarda əsəbilik yaradırmış

Sosial media insanlarda əsəbilik yaradırmış

Tarix: Bugün, 09:58

 Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktəbinin Kəmiyyət Sağlamlığı Mərkəzinin tədqiqatçıları ABŞ-dakı böyüklər arasında sosial media istifadəsi ilə əsəbilik arasındakı əlaqəni təhlil ediblər. Araşdırma, xüsusilə, aktiv paylaşımlar edən istifadəçilərdə sosial mediadan tez-tez istifadənin həddindən artıq əsəbilik, stress ilə əlaqələndirildiyini ortaya qoyub.

Əvvəlki tədqiqatlar, əsasən, sosial media istifadəsinin depressiv simptomlarla əlaqəsini araşdırsa da, bu tədqiqat əsəbilik kimi mənfi emosiyalara daha geniş diqqət yetirib. Qəzəb və məyusluq meyilləri kimi təyin olunan əsəbilik, funksional pozğunluqlar, psixi sağlamlıq problemləri və hətta intihar davranışları ilə əlaqələndirilir.

Araşdırma “JAMA Network Open” jurnalında “ABŞ Yetkinlərində Əsəbilik və Sosial Media İstifadəsi” başlığı ilə dərc olunub. Sorğu 2023-cü il noyabrın 2-də - 2024-cü il yanvarın 8-də həyata keçirilib və 42 min 597 iştirakçının məlumatları təhlil olunub.

Sorğuda sosiodemoqrafik göstəricilər, sosial media istifadəsi və əsəbiliklə bağlı məlumatlar toplanıb. İştirakçılar əsəbilik əlamətlərini qiymətləndirmək üçün “Qısa qıcıqlanma testi” (BITe) keçiblər. Bu testdə mümkün nəticələr 5 ilə 30 arasında dəyişir; yüksək ballar daha yüksək əsəbilik səviyyəsini göstərir.

Təhlil zamanı depressiya və narahatlıq kimi psixoloji simptomlar da nəzərə alınıb. İştirakçıların orta yaşı 46, cinsiyyət bölgüsü isə belə olub - 58,5 faiz qadın, 40,4 faiz kişi. Sorğuda iştirak edənlərin 78,2 faizi gündəlik ən azı bir sosial media platformasından istifadə etdiyini bildirib. Sosial mediadan tez-tez istifadə edənlərdə daha yüksək əsəbilik skorları qeydə alınıb. Məsələn, günün çox hissəsini sosial mediada keçirən istifadəçilərin BITe skorları, tənzimlənməmiş modellərdə, 3,37 bal daha yüksək olub. Depressiya və narahatlıq kimi faktorlar nəzərə alınsa belə, bu fərq 1,55 bal səviyyəsində qalıb. Analiz sosial media platformalarında yerləşdirmə tezliyi ilə əsəbilik arasında “doza-cavab” əlaqəsini göstərib.

TikTok istifadəçiləri arasında gündə bir neçə dəfə paylaşım edənlər ən yüksək əsəbilik skorlarına sahib olub. Tez-tez siyasi paylaşımlar edən və ya siyasi xəbərləri istehlak edən istifadəçilərdə də yüksək əsəbilik müşahidə edilib. Bununla belə, siyasi xəbərləri çox yaxından izləməmək əsəbilik səviyyəsinin bir qədər azalması ilə əlaqələndirilib. Həddən artıq sosial media istifadəsi səviyyəsi, xüsusilə də tez-tez paylaşımlar, böyüklər arasında artan əsəbiliklə əlaqələndirilib.

Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də, əsəbiliyin həm sosial media istifadəsini artıran, həm də sosial media istifadəsindən qaynaqlanan bir hal ola biləcəyi irəli sürülüb. Əldə edilən nəticələr ictimai sağlamlıq strategiyalarının inkişaf etdirilməsi və müdaxilə yollarının tapılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayır. (Azertag)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR